"Beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq" - Paşinyan

Hazırda oxunan: "Beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq" - Paşinyan
161601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Biz beynəlxalq kommunikasiya xətlərinin çəkilməsinə razıyıq. Çünki sülhə aparan yol sülhlə bağlı görülən işlərin gündəliyindən keçir".

Bizim.Media xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ermənistan bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlıdır.

"Əsas olan odur ki, nəqliyyat və kommunikasiyaların qurulması sülh şəraitində, ölkələrin suverenliyi çərçivəsində həyata keçirilsin. Hər bir ölkə öz dövlət qurumları vasitəsilə gömrük və sərhəd keçid məntəqələrində nəqliyyatın və insanların təhlükəsizliyini də təmin etmiş olur. 

Ermənistanda elə bir qurum yaradılacaq ki, insanların və yüklərin təhlükəsizliyinə şərait yaratsın. Bütün ölkələr qarşılıqlı və bərabərlik prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə etsin”, - deyə Paşinyan bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO