Priqojindən SƏRT AÇIQLAMA:

Priqojindən SƏRT AÇIQLAMA: "Tabeliyində olanlar Putinə yalan danışırlar"

Hazırda oxunan: Priqojindən SƏRT AÇIQLAMA: "Tabeliyində olanlar Putinə yalan danışırlar"

142758

Rusiya ictimaiyyəti Ukrayna cəbhəsindəki real vəziyyəti bilmir, çünki  komandirlər  yalan danışırlar. Bu baxımdan hərbi jurnalistləri döyüş bölgəsinə buraxmırlar.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Vaqner" özəl hərbi təşkilatın təsisçisi Yevgeni Priqojin deyib. 

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin cəbhədə baş verənlərlə bağlı tabeliyində olanlardan yalan məlumatlar alır.

“Baxmutu götürəndə bütün hərbi müxbirləri ora buraxdıq ki, əsl vəziyyəti görsünlər. Bunu yaxşı xatırlayırsınız. Və heç kim indiyə qədər məhv edilmiş minlərlə tank və zirehli texnikadan danışmayıb.
Çünki heç kəsi içəri buraxmırlar, heç nə göstərmirlər. Məhz ona görə ki, böyük problemlər var. Şoyqu və Gerasimovun sadə yanaşması var. Yalan dəhşətli olmalıdır ki, ona inansınlar. Onların etdikləri budur", deyə o yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO