Aİ Ermənistanın Rusiyaya yardımları ilə bağlı ARAŞDIRMALARA BAŞLADI 

Aİ Ermənistanın Rusiyaya yardımları ilə bağlı ARAŞDIRMALARA BAŞLADI 

Hazırda oxunan: Aİ Ermənistanın Rusiyaya yardımları ilə bağlı ARAŞDIRMALARA BAŞLADI 

132051

Avropa İttifaqı (Aİ) Ermənistandan Rusiyaya sanksiya qoyulmuş malların tədarükü məsələsini araşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”a açıqlamasında Avropa Şurasının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Peter Stano deyib. 

"Aİ Rusiyanın Ukraynaya qarşı təcavüzü, BMT Nizamnaməsini pozması və hərbi cinayətlərə bərabər olan vəhşiliklər törətməsi ilə əlaqədar olaraq ona qarşı bir sıra genişmiqyaslı sanksiyalar tətbiq edib. Aİ bütün ölkələri bu sanksiyalara qoşulmağa, milli səviyyədə analoji tədbirlər görməyə, yaxud ən azından bu sanksiyalardan yayınmağa yol verməməyə çağırıb. Aİ-nin öncəki sanksiya paketi həmçinin sanksiyalardan yayınmağa imkan verən fiziki və ya hüquqi şəxslərə qarşı sanksiya tətbiq etmək imkanını nəzərdə tutur",- o deyib. 

P. Stanonun sözlərinə görə, Avropa İttifaqı sanksiya tətbiq olunmuş malların Aİ-dən üçüncü ölkələrə və üçüncü ölkələrdən Rusiyaya ticari axınlarını diqqətlə izləyir. 

"Ermənistan kontekstində biz həqiqətən müəyyən anormal ticari axınlar müşahidə etmişik. Biz bu məsələni nəzərdən keçiririk və Ermənistan hakimiyyəti ilə dialoq aparırıq", - o deyib. 
Qeyd edək ki, "New York Times" tərəfindən aparılan tədqiqata görə, Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yayınmaqda köməklik göstərən ölkələr sırasına daxildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO