Türkiyədə zəlzələ bölgəsindən 30 min insan təxliyə ediləcək

Türkiyədə zəlzələ bölgəsindən 30 min insan təxliyə ediləcək

Hazırda oxunan: Türkiyədə zəlzələ bölgəsindən 30 min insan təxliyə ediləcək

119234

Türk Hava Yolları (THY) bu gün zəlzələ bölgəsindən edəcəyi uçuşlarla 30 min insanı təxliyə edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə THY-nin mətbuat müşaviri Yəhya Üstün deyib.

"Dünən 19 min 50 nəfər təxliyyə edilib. Bu gün biz 30 min insanı təxliyə etməyi planlaşdırırıq",- deyə o əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 8 574 nəfər həlak olub, 49 133 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO