Prezidentin xüsusi nümayəndəsi:

Prezidentin xüsusi nümayəndəsi: "Növbəti mərhələyə hazırlıq görülür" - VİDEO

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: "Növbəti mərhələyə hazırlıq görülür" - VİDEO
91032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zəngilan rayonunun Ağalı kəndindən sonra ikinci "Ağıllı kənd" layihəsi Füzulinin Dövlətyarlı kəndində icra ediləcək.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov hazırda Dövlətyarlı kəndində hansı proseslərin icra edildiyini açıqlayıb.

Emin Hüseynov bildirib ki, minalardan təmizlənən Dövlətyarlı kəndində növbəti mərhələ üçün işlərin görülməsinə hazırlıq gedir.

Onun sözlərinə görə, Ağalı kəndində qazanılan təcrübə Dövlətyarlıda da istifadə ediləcək. Plana əsasən Dövlətyarlıda 450 ev inşa ediləcək. Bunlar 3,4 və 5 otaqlı evlər olacaq. Kəndin mərkəzində isə bazar və meydan yerləşəcək.

Bu kənddə artıq əhalinin hansı işlərlə məşğul olacağı da bəllidir. Dövlətyarlı kəndində işlərin hansı tarixdə yekunlaşacağı tikinti işlərinə başlanan zaman bəlli olacaq.
Daha ətraflı mövzu ilə bağlı "Xəzər Xəbər"in hazırladığı sujetdən izləyək:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO