
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 24.08.2022
Sabaha olan hava PROQNOZU
Hazırda oxunan: Sabaha olan hava PROQNOZU
90151
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Avqustun 25-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































