
- A-
- A
- A+
Siyasət
16:44 / 19.10.2020
"ABŞ artıq bəyan edib ki, Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir"
Hazırda oxunan: "ABŞ artıq bəyan edib ki, Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi yerdir"
898
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
“Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub. Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır”.
Bizim.Media xəbər verir ki, bunu diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. “Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































