“Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” - Türkiyəli nazir

“Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” - Türkiyəli nazir

Hazırda oxunan: “Ölkəmizdə bütün yataqların işlənməsini həyata keçirmək niyyətindəyik” - Türkiyəli nazir
88049
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyə öz ərazisində yerləşən bütün yataqların, o cümlədən dəniz zonalarındakı yataqların kəşfiyyat və işlənməsini həyata keçirmək niyyətindədir”. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. 

“Yaxın günlərdə “Abdülhamid Han” qazma gəmisinin suya buraxıldığı Şərqi Aralıq dənizi bölgəsində 45-60 gün ərzində qazma işləri aparılacaq və hər hansı ehtiyat aşkarlanarsa, bu barədə ictimaiyyət məlumatlandırılacaq” – deyə nazir qeyd edib. 

F.Dönməz Türkiyənin Qara dəniz sektorunda yerləşən “Sakarya” yatağı haqqında danışarkən 2023-cü ilin mart ayında bu yataqdan ilk qazın sahilə çatdırılacağını vurğulayıb:

“Dənizin dibi ilə 120 km-lik boru xətti çəkilib, daha 50 km-lik xəttin çəkilişi həyata keçiriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO