
- A-
- A
- A+
İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu - Foto
ABŞ-da bir çox insan artan xərclərin öhdəsindən gəlməyə çalışdığı bir vaxtda prezident Donald Trampın qızı İvanka Tramp Virciniyada lüks oteldə istirahət edib.
Bizim.Media xəbər verir ki, 44 yaşlı İvanka İnstaqram səhifəsində payız mənzərələrini əks etdirən fotolar paylaşıb. Şəkillərdə otelin tarixi interyerləri, kaminlər, göldə üzən qu quşları, atlar və digər heyvanlar yer alıb.
İstifadəçilər onun The Inn at Little Washington adlı beşulduzlu oteldə qaldığını müəyyən ediblər. Burada bir gecəlik qiymətlər 720 dollardan 5710 dollaradək dəyişir.
Otelin “Michelin” ulduzlu restoranında da qiymətlər yüksəkdir. Yeddi yeməkdən ibarət dequstasiya menyusu bir nəfər üçün 388 dollar, kürü ilə xüsusi menyu isə xidmət haqqı daxil olmaqla 3050 dollara başa gəlir.
“The Daily Beast” yazır ki, İvankanın dəbdəbəli istirahəti ilə adi amerikalıların üzləşdiyi maliyyə çətinlikləri arasındakı ziddiyyət sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Bəzi izləyicilər onun paylaşımını ölkədəki iqtisadi vəziyyət fonunda yersiz hesab ediblər.
Bununla belə, İvankanın bütün izləyiciləri tənqidə qoşulmayıb. Bəziləri onun zövqünü və paylaşdığı fotoları tərifləyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































