
- A-
- A
- A+
Cəmiyyət
10:08 / 02.11.2026
1 dəq oxunma
Qurban Bayramov vəfat etdi
Hazırda oxunan: Qurban Bayramov vəfat etdi
645503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə "apa.az"a onun ailə üzvləri məlumat veriblər.
Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub.
O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan alim Səməd Vurğun, İlyas Əfəndiyev və digər ədiblərin yaradıcılığına dair tədqiqatların müəllifidir. Onun “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” və digər elmi əsərləri nəşr olunub.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































