
- A-
- A
- A+
Dünya
20:43 / 01.11.2026
1 dəq oxunma
Rusiya Ukraynada yataqxanaya zərbə endirdi: Ölənlər arasında uşaq da var
Hazırda oxunan: Rusiya Ukraynada yataqxanaya zərbə endirdi: Ölənlər arasında uşaq da var
645447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiya ordusunun noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətinin Kozyatin yaşayış məskəninə endirdiyi zərbə nəticəsində 13 yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnaya məlumat verib.
Hücum zamanı daha dörd nəfər, o cümlədən 5 yaşlı iki uşaq və 16 yaşlı yeniyetmə yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. 24 yaşlı kişi isə yüngül xəsarət alıb.
Məlumata görə, zərbə peşə məktəbinin yataqxanası ilə təhsil müəssisələrindən birinin arasına düşüb. Yataqxananın ərazisində avtomobillər yanıb. Hadisə yerində müvafiq xidmətlər işləyir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün






























































































