84 yaşlı kişi Xersonda təhlükəli ərazidən çıxmaq üçün 6 kilometr piyada yol getdi

84 yaşlı kişi Xersonda təhlükəli ərazidən çıxmaq üçün 6 kilometr piyada yol getdi

Hazırda oxunan: 84 yaşlı kişi Xersonda təhlükəli ərazidən çıxmaq üçün 6 kilometr piyada yol getdi
645431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Xerson şəhərində yaşayan 84 yaşlı Vasili Zayçenko Rusiya atəşləri səbəbindən təxminən yarım il təcrid vəziyyətində qaldıqdan sonra təhlükəli ərazidən piyada çıxaraq evakuasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Xerson Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
 

60 ildir Xersonda yaşayan kişi son altı ayı demək olar ki, tam təcrid şəraitində keçirib. Atəşlər gücləndiyi, istilik olmadığı üçün qışda evdə temperatur təxminən 8 dərəcə olub. O, həyətində yetişdirdiyi tərəvəz və sıyıqla dolanıb.


Evakuasiyadan əvvəl Vasili özü ilə yalnız fənər və telefon enerji yığma cihazı götürərək təxminən 6 kilometr təhlükəli ərazidən keçib. Könüllülərin köməyi ilə təhlükəsiz yerə çatdırılan kişini qızı və nəvəsi qarşılayıb. Ailə Dnepropetrovsk vilayətinin Nikopol şəhərinə yola düşüb.

22 noyabrda 85 yaşı tamam olacaq Vasili ən çox qələbə qazanılmasını və evinə qayıtmağı arzulayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO