Bakıda yataqxanada təhlükəli vəziyyət - Video

Bakıda yataqxanada təhlükəli vəziyyət - Video

Hazırda oxunan: Bakıda yataqxanada təhlükəli vəziyyət - Video
645434
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən yataqxananın sakinləri çətin şəraitdə yaşadıqlarını bildirirlər.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ötən əsrin 50-ci illərində inşa edilən binanın daxili hissəsi qəzalı vəziyyətdədir.

Elektrik naqilləri açıq vəziyyətdədir. Sanitar qovşağında yaranan problem səbəbindən çirkab sular mənzillərə axıb. Hazırda binanın zirzəmisinin də su ilə dolu olduğu bildirilir.

30 ildən artıqdır həmin binada yaşayan sakinlər nəmişlikdən, üfunət qoxusundan və kommunal problemlərdən əziyyət çəkdiklərini deyirlər.

"30 ildir bu binada yaşayıram. Həm işıq pulu verirəm, həm də zibil pulu. Buna baxmayaraq, yaşayış şəraitimdən razı deyiləm. Dünən hamamda az qala məni elektrik cərəyanı vuracaqdı. Çünki naqillər düzgün işləmir", - deyə sakinlərdən biri bildirib.

Onların sözlərinə görə, binanın yalnız fasad hissəsi təmir olunub, daxili hissəsində isə əsaslı təmir işləri aparılmayıb.

Sakinlər aidiyyəti qurumlardan binanın vəziyyətinin araşdırılmasını və mövcud problemlərin aradan qaldırılmasını istəyirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO