Keşlə Ət Kombinatındakı yanğın söndürüldü - Yenilənib - Video

Keşlə Ət Kombinatındakı yanğın söndürüldü - Yenilənib - Video

Hazırda oxunan: Keşlə Ət Kombinatındakı yanğın söndürüldü - Yenilənib - Video
645357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500kv.m. sahədə yanıb.

Materialların qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

*** 05.24

Bakının Nizami rayonunda taxta bazarında güclü yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Keşlə Ət Kombinatının ərazisində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO