
- A-
- A
- A+
Bolqarıstanda prezident seçkiləri: Yotova qalib gəlir
Bolqarıstanın hazırkı prezidenti İliyana Yotova prezident seçkilərində səslərin 98,43 faizi hesablandıqdan sonra qalib gəlir.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Ötən gün Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Ölkə vətəndaşları birinci turda ən çox səs toplamış iki namizəddən birini seçiblər.
Dövlət başçısı postu uğrunda hazırkı prezident İliyana Yotova və baş nazirin keçmiş müvəqqəti səlahiyyətlərini icra etmiş Andrey Gyurov mübarizə aparıblar. Vitse-prezident vəzifəsinə namizəd isə Kiril Vılçev olub.
MSK-nın yerli vaxtla saat 03:00-a (Bakı vaxtı ilə 05:00) olan məlumatına əsasən, protokolların 98,43 faizi işlənib. Yotova 57,63 faiz, Gyurov isə 39,4 faiz səs toplayıb.
Rəsmi nəticələr noyabrın 4-dən gec olmayaraq elan ediləcək.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































