Zəng yerinə mesajlaşmaya üstünlük verənlərə xəbərdalıq

Zəng yerinə mesajlaşmaya üstünlük verənlərə xəbərdalıq

Hazırda oxunan: Zəng yerinə mesajlaşmaya üstünlük verənlərə xəbərdalıq
645409
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son zamanlar insanlar telefonla danışmaqdan qaçırlar. Xüsusilə gənclər telefonla danışmağa artıq və lazımsız iş kimi baxırlar. Hətta bir otaqda, evdə olanda belə gənclər canlı ünsiyyətdən qaçaraq, telefonla yazışırlar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib. O, qeyd edib ki, gənclər gözləmədikləri telefon zənglərini çox zaman cavablandırmırlar:

“Ən yaxşı halda telefon zənginə qısa mesaj yazmaqla işlərini bitmiş hesab edirlər. Artıq gənclər arasında mesajlaşma daha rahat ünsiyyət vasitəsi hesab olunur. Gündəlik müşahidələrimizdə də görürük ki, insanlar telefonla danışmaqdan daha çox səs göndərməyə üstünlük verirlər. Əslində bu “səs atma” prosesi danışıqdan daha uzun çəkir. Bununla belə telefon danışığı çoxları üçün bezdirici görünür”.

Bəs, insanlar niyə telefon əvəzinə mesajlaşmağa üstünlük verirlər?

Müsahibimiz bildirib ki, telefon danışıqları dərhal reaksiya verməyi tələb edir:

“Üstəlik söhbətin nə qədər çəkəcəyi, söhbət zamanı nə deyəcəklərini düşünmək, düzgün sözləri seçmək və danışığı davam etdirmək məcburiyyəti emosional baxımdan çoxları üçün yorucu görünür. Ona görə də mesajlaşma bu təzyiqi azaldan alternativdir.

Nəzərə alın ki, gələn mesajı istədiyimiz vaxt oxuya, cavabını düşünə və ünsiyyəti öz tempinə uyğun davam etdirə bilirsiniz. Bundan əlavə, sadə bir suala bir neçə sözlə cavab vermək mümkün olduğu halda, telefon danışığının uzun söhbətə çevrilməsi insanlar tərəfindən vaxt itkisi kimi qiymətləndirilir”.

Problem nədədir?

Gülnar Orucova hesab edir ki, problem ünsiyyət vərdişlərinin tədricən aradan qalxmasıdır:
 

“Fərqli ünsiyyət vərdişlərinə malik nəsillər bir-birinə uyğunlaşmaqda çətinlik çəkirlər. Yaşlı nəsillər daha çox canlı ünsiyyətə üstünlük verirlərsə, gənclər tam əks fikirdədirlər. Onlar bəzən telefon danışığını artıq və yaxud məcburi iş kimi baxırlar. Bu da normal deyil. Çünki canlı ünsiyyətin aradan qalxması insanları bir-birinə yadlaşdırır. İnsanlar arasında sevgi azalır, sevginin əhatə dairəsi daralır.


Mesajlaşmaya üstünlük verənlər sonda özlərinə qapanır və depressiyaya daha düşük olurlar. Təsadüfi deyil ki, indiki uşaqların və gənclərin çoxu nə qədər bilikli, savadlı olsalar da canlı ünsiyyət zamanı onlar özlərini istədikləri kimi ifadə edə bilmirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO