Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qüvvəyə mindi

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qüvvəyə mindi

Hazırda oxunan: Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinə qadağa qüvvəyə mindi
645353
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa noyabrın 1-dən qüvvəyə minib.

Bizim.Media xəbər verir ki, yeni qaydalara əsasən, 15 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdə hesab aça bilməyəcəklər.
 

Mövcud hesabların yaş yoxlaması isə 2027-ci il martın 31-dək davam edəcək. Keçid dövründə sosial şəbəkə rəhbərlikləri uşaqlara məxsus hesabları mərhələli şəkildə bağlayacaqlar.


Sosial şəbəkələrə giriş üçün istifadəçilər dövlət xidmətləri portalı “e-Devlet” vasitəsilə şəxsiyyətlərini təsdiqləməli olacaqlar. 15–18 yaşlı yeniyetmələrə isə məhdudiyyətlərlə giriş imkanı veriləcək.

Onlar yalnız dostlarının səhifələri ilə yazışa biləcək, canlı yayımlar aça bilməyəcək və böyüklər üçün nəzərdə tutulan reklamları görməyəcəklər.

Qadağanı pozan şəxslər və sosial şəbəkə platformaları üçün sanksiyalar nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO