“ABŞ İrana nüvə zərbəsi endirə bilər” – III Dünya Müharibəsi xəbərdarlığı – Foto

“ABŞ İrana nüvə zərbəsi endirə bilər” – III Dünya Müharibəsi xəbərdarlığı – Foto

Hazırda oxunan: “ABŞ İrana nüvə zərbəsi endirə bilər” – III Dünya Müharibəsi xəbərdarlığı – Foto
645508
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında Tramp administrasiyası yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı tanınmış jurnalist Taker Karlson özünün "X" sosial şəbəkə hesabında yazıb.

Jurnalistin sözlərinə görə, ehtimal olunan hədəf İranın mərkəzində yerləşən "Pikaks" (Pickax) dağıdır. İsrail kəşfiyyatı Tehranın orada uranın zənginləşdirilməsi proqramını bərpa etdiyini iddia edir. Karlson vurğulayır ki, ABŞ arsenalındakı heç bir konvensional silah 300 futluq bütöv qranit təbəqəsini dəlib keçərək tunelləri məhv etmək gücündə deyil, buna görə də yeganə hərbi variant nüvə zərbəsidir.

"Netanyahu hər gün Trampa zəng edir"

Karlson yazır ki, daxili siyasi böhran və məhkəmə təqibləri fonunda küncə sıxışan Netanyahu bu müharibəyə möhtacdır və hər gün Trampla əlaqə saxlayaraq onu nüvə zərbəsinə razı salmağa çalışır. Məlumata görə, Müdafiə naziri Pit Heqset, CENTCOM komandanı Bred Kuper, Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və hətta Demokrat Partiyasının rəhbərliyi (o cümlədən sabiq prezident Barrak Obama) da Netanyahunun bu kursunu dəstəkləyir.

Qlobal fəlakət və III Dünya Müharibəsi təhlükəsi

Jurnalist xəbərdarlıq edir ki, sentyabrın 27-də Netanyahunun Əbu-Dabiyə məxfi səfəri zamanı BƏƏ rəhbərliyi bu planı dəstəkləməkdən imtina edib. Körfəz ölkələrinin iqtisadiyyatı və qlobal enerjı bazarı çökmək üzrədir. Oktyabr ayında Hörmüz boğazında 11 neft supertankeri ciddi zədələnib.
 

"Pikaks" dağına endiriləcək nüvə zərbəsi nəticəsində yaranacaq radiasiya buludu Fars körfəzini çirkləndirəcək və 100 milyon insanın su təchizatını zəhərləyəcək. Karlsonun fikrincə, ABŞ-ın bu addımı Rusiyaya Ukraynada, Pakistan, Hindistan və Şimali Koreyaya isə öz rəqiblərinə qarşı nüvə silahı tətbiq etməyə "yaşıl işıq" yandıracaq və bununla da qaçılmaz III Dünya Müharibəsi başlayacaq.


Taker Karlson bildirib ki, Donald Tramp noyabrın 7-dək yekun qərarını verməlidir. Hazırda ABŞ Prezidentinin tərəddüd etdiyi, vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Vitkoffun isə Trampı İranla diplomatiya yolunu seçməyə inandırmağa çalışdıqları qeyd olunur.

“ABŞ İrana nüvə zərbəsi endirə bilər” – III Dünya Müharibəsi xəbərdarlığı – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO