İranla sərhəddə silahlı insident: Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi – Foto/Video

İranla sərhəddə silahlı insident: Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi – Foto/Video

Hazırda oxunan: İranla sərhəddə silahlı insident: Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi – Foto/Video
645505
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib.


Sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılmış, ərazi qapadılmış və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.

"Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb.

Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədi ilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilmiş və sərhəd pozucusu zərərsizləşdirilib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO