
- A-
- A
- A+
Zelenski Putinə Türkiyədə görüşməyi təklif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Türkiyədə görüşməyi təklif edib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə “CNN Türk”ə müsahibəsində danışıb.
Ukrayna lideri Rusiya ilə danışıqların təşkilində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, nümayəndə heyətləri və texniki qruplar bir sıra məsələləri həll edə bilmədiyindən, bunların müzakirəsi yalnız dövlət başçıları səviyyəsində mümkün ola bilər.
“Buna görə də qərar qəbul edən şəxs kimi onunla görüşmək istəyirəm”, – Zelenski qeyd edib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Zelenskinin telefon zənginə Putinin cavab verəcəyini, lakin danışıqlar üçün Ukrayna prezidentinin Moskvaya gələ biləcəyini bildirmişdi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































