Çin 2030-cu ilədək Ay səthinə astronavt endirəcək

Çin 2030-cu ilədək Ay səthinə astronavt endirəcək

Hazırda oxunan: Çin 2030-cu ilədək Ay səthinə astronavt endirəcək
645459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin 2030-cu ilədək ilk astronavtlarını Aya göndərmək planını açıqlayıb. Missiya "iki buraxılış – bir eniş" sxemi üzrə həyata keçiriləcək.

Bizim.Media  xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Ayın tədqiqi proqramının baş konstruktoru Van Syan bildirib ki, ilkin mərhələdə iki "Çançjen-10" daşıyıcı raketi vasitəsilə "Lanyue" adlı Ay eniş modulu və "Mençjou" pilotlu kosmik gəmisi kosmosa göndəriləcək.

Hər iki aparat Ay orbitində bir-biri ilə görüşərək birləşəcək. Daha sonra astronavtlar eniş moduluna keçərək Ayın səthinə enəcəklər.

Ekipaj üç nəfərdən ibarət olacaq, lakin onlardan yalnız ikisi Ay səthinə enəcək. Onların əsas vəzifəsi elmi tədqiqatlar aparmaqdır. Missiya başa çatdıqdan sonra astronavtlar yenidən pilotlu kosmik gəmiyə qayıdaraq Yerə dönəcəklər.

Missiyaya hazırlıq çərçivəsində Çin əvvəlcə Ay orbitində üç pilotsuz texnologiya sınağı keçirəcək, daha sonra isə pilotlu enişi həyata keçirəcək.

Bütün raket buraxılışlarının Çinin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan həyata keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO