Rusiya sərhədində həyəcanlı anlar: ABŞ-ın kəşfiyyat təyyarəsi 5,5 saat uçuş həyata keçirdi

Rusiya sərhədində həyəcanlı anlar: ABŞ-ın kəşfiyyat təyyarəsi 5,5 saat uçuş həyata keçirdi

Hazırda oxunan: Rusiya sərhədində həyəcanlı anlar: ABŞ-ın kəşfiyyat təyyarəsi 5,5 saat uçuş həyata keçirdi
645449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi Rusiya sərhədləri yaxınlığında beş saat yarım patrul uçuşu həyata keçirib. Təyyarə Kalininqrad vilayətinin ətrafında iki dəfə dövrə vurub.

Bizim.Media xəbər verir ki, bu barədə RİA “Novosti” “Life.ru”ya istinadən məlumat yayıb.

Təyyarə Rumıniyadakı “Mixail Koqelniçanu” aviabazasından havaya qalxaraq əvvəlcə Kalininqrad vilayətinə, daha sonra Baltikyanı ölkələrlə Rusiya sərhədləri boyunca hərəkət edib. Uçuş zamanı bölgənin ətrafında yenidən dövrə vurduqdan sonra Rumıniyaya qayıdıb.

Rusiya sərhədləri yaxınlığındakı manevrlər Moskva vaxtı ilə saat 11:50-dən 17:20-dək davam edib.

“Bombardier Challenger 650” biznes təyyarəsi əsasında hazırlanan ARTEMIS II kəşfiyyat məlumatlarının toplanması üçün xüsusi avadanlıqlarla təchiz olunub və Baltik və Qara dənizlər üzərində mütəmadi uçuşlar həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO