“Dünya” qəzetinin sahibi Umut Güner barəsində ev dustaqlığı qərarı verildi

“Dünya” qəzetinin sahibi Umut Güner barəsində ev dustaqlığı qərarı verildi

Hazırda oxunan: “Dünya” qəzetinin sahibi Umut Güner barəsində ev dustaqlığı qərarı verildi
645476
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin “Dünya” qəzetinin sahibi Umut Güner ev dustaqlığı və ölkədən çıxış qadağası şərtləri ilə məhkəmə nəzarətinə buraxılıb.

Bizim.Media xəbər verir ki, Güner İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarlarında əməliyyatlarla bağlı apardığı fond araşdırması çərçivəsində saxlanılmışdı.
 

Araşdırma çərçivəsində barəsində məhkəmə nəzarəti tədbirləri seçilən Günerin həbsdə saxlanılması başa çatıb, lakin o, istintaq müddətində ev dustaqlığı və ölkədən çıxış qadağasına əməl etməlidir.


Qeyd edək ki, Umut Güner 2024-cü ilin yanvarında “Dünya” qəzetinin sahibi olub. O, nəşrin imtiyaz sahibliyini Didem Demirkentdən təhvil alıb. Güner daha əvvəl “Beşiktaş” klubunun rəhbərliyində müxtəlif vəzifələrdə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO