
- A-
- A
- A+
Region
19:41 / 17.08.2026
SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"
Hazırda oxunan: SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"
631663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ nümayəndələri ilə təmasların olması barədə yayılan məlumatları təkzib edib.
Bizim.Media “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Mohebi məlumat verib.
"SEPAH nümayəndələri ilə amerikalılar arasında heç bir dialoq aparılmır. Trampın bu yalan bəyanatı onun müharibədəki çarəsizliyinin və məğlubiyyətinin nəticəsi olan qorxularından və təxəyyülündən doğan fantaziyadır", — deyə o bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp SEPAH ilə qeyri-rəsmi əlaqə kanalının olduğunu bəyan etmişdi. Bu barədə "Fox News" telekanalının jurnalisti Trey Yinqst məlumat vermişdi.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































