Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ
631148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər  heyvanlar arasında qarayara xəstəliyinin qeydə alınması istehlakçıların ət və süd məhsullarının təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb. Bu halın heyvan alqı-satqısına, ət və süd məhsullarının qiymətlərinə təsiri də əsas maraq doğuran məsələlərdəndir.

Bəzi insanlar xəstəliyin yayılmasının qiymət artımına səbəb olacağını düşünür. Lakin narahatlıq səbəbindən ətə tələbatın azalması fonunda, ucuzlaşmanı proqnozlaşdıranlar da az deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı


Bizim.Media mövzu ilə əlaqədar  iqtisadçı Rəşad Həsənovun fikirlərini öyrənib. O bildirib ki, xəstəliyin yayılması qiymətlərin artmasına səbəb ola bilər.

“Qiymətlərin necə dəyişəcəyi  xəstəliyin yayılmasının genişliyindən, davam etmə müddətindən, qarşısının alınması ilə əlaqədar görülən tədbirlərin effektivliyindən asılı olacaq. Ancaq qarayaranın artması təklifi, həm də tələbi azaldacaq”.

Rəşad Həsənov qeyd edib ki, qiymətlərin yüksəlməsinin səbəblərindən biri də böyük həcmli ət kütləsinin dövriyyədən kənarlaşdırılmasıdır:
 

“Bu gün bazarda tələb aşağı olarsa belə, nə qədər ətin dövriyyədən kənarlaşdırılmasının asılı olaraq ətin təklif səviyyəsi aşağı düşə bilər. Bu da qiymətlərin artımı istiqamətində bir çağırış formalaşdırır.


Qiymətin necə dəyişəcəyi prosesin müddətindən, dərinliyindən, əhatə dairəsindən, o cümlədən fermer və ailə təsərrüfatlarına vurduğu zərərdən qaynaqlanacaq”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO