Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Hazırda oxunan: Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO
630495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Belə ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO - foto 1
Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO - foto 2
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO