Bir ailənin 3 üzvü faciəli şəkildə həyatını itirdi

Bir ailənin 3 üzvü faciəli şəkildə həyatını itirdi

Hazırda oxunan: Bir ailənin 3 üzvü faciəli şəkildə həyatını itirdi
630474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Toyota" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində "Toyota"nın sürücüsü Rəşad Mütəllibov, onun anası 52 yaşlı Pərvanə Məmmədova və "Hyundai"ın sürücüsü Məryəm Hoorsova hadisə yerində dünyasını dəyişiblər.

Bizim.Media “unikal.az”a istinadla xəbər verir ki, qəza zamanı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə həkimlərin səyinə baxmayaraq orada vəfat edib.

Bununla da qəzada ölənlərin sayı 4-ə çatıb. Hadisə nəticəsində xəsarət alan digər şəxsin — 61 yaşlı Şərif Soltanovun müalicəsi davam etdirilir.

Qeyd edək ki, "Toyota" markalı avtomobildə olan şəxslərin hamısı bir ailənin üzvləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO