İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO

İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO

Hazırda oxunan: İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO
615868
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
 

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.


Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı, mədəni abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir.

Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.

İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 1
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 2
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 3
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 4
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 5
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 6
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 7
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 8
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 9
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında -FOTO - foto 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO