Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO

Hazırda oxunan: Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO
611958
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın qərbində yerləşən Sinzig şəhərində silahlı şəxslər bank filialına hücum edib.

Bizim.Media BİLD nəşrinə istinadla xəbər verir ki, hadisə zamanı naməlum silahlı şəxslər bank əməkdaşlarını girov götürüblər.

Şahidlərin sözlərinə görə, yerli vaxtla təxminən saat 09:00-da Volksbank filialına zirehli inkassasiya maşını yaxınlaşıb.

Sürücü avtomobildən düşdükdən sonra silahlı şəxs ona yaxınlaşıb və onu bank binasına aparıb. Daha sonra içəridə olan əməkdaşlar girov götürülüb.
 

Şəhərin mərkəzi polis tərəfindən tam mühasirəyə alınıb, bank binası ətrafında təhlükəsizlik zolağı yaradılıb. Əraziyə xüsusi təyinatlı qüvvələr cəlb olunub və helikopterlərdən hava nəzarəti aparılır.


Hazırda girovların azad edilməsi üçün əməliyyat davam edir.

Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO - foto 1
Almaniyada banka silahlı HÜCUM – Əməkdaşlar girov götürüldü – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO