
- A-
- A
- A+
SSRİ-dən qalan 5 qəpiklər sizə qazanc gətirəcək – ATMAYIN
Sovet İttifaqı dövrünə aid bəzi 5 qəpiklərə kolleksiyaçılar arasında maraq artıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan elanlarda xüsusilə 1965, 1966, 1969, 1971 və 1972-ci illərə aid 5 qəpiklərin alındığı bildirilir.
Məlumata görə, bəzi elanlarda 1965, 1966 və 1969-cu illərin 5 qəpikləri 50 manata, 1971 və 1972-ci illərin 5 qəpikləri isə 40 manata təklif olunur.
Ancaq sikkələrin real qiyməti onların vəziyyətindən, nadir variant olub-olmamasından və bazardakı tələbdən asılı olaraq dəyişir.
Ayrı-ayrı hərrac nümunələri göstərir ki, 1966-cı ilə aid bəzi 5 qəpiklər onlarla avroya təklif olunur.
Buna görə də köhnə sovet qəpikləri olan şəxslərə onları satmazdan əvvəl sikkənin ilini, vəziyyətini və mümkün kolleksiya dəyərini yoxlamaq tövsiyə olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































