Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO

Hazırda oxunan: Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO
587441
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Argentina millisinin əfsanəvi hücumçusu Dieqo Maradonaya məxsus oyun forması Matchday Football Auctions hərracında 152,2 min avroya satılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Sözügedən forma Maradonanın «Barselona»nın heyətində 1984-cü il İspaniya Kral Kubokunun finalında «Atletik»ə qarşı keçirdiyi oyunda (0:1) geyindiyi formadır.

Qarşılaşmadan sonra baş verən kütləvi dava zamanı futbolçunun forması cırılıb.
 

Məlumata görə, “Barselona”nın inventar şöbəsində çalışan qadın əməkdaşlardan biri formanı soyunub-geyinmə otağında taparaq xatirə kimi saxlayıb. Daha sonra o, bu formanı tanışına hədiyyə edib və forma miras yolu ilə həmin şəxsin oğluna keçib. Dörd onillik ərzində ailədə qorunub saxlanılan forma sonradan hərraca çıxarılıb.


Qeyd olunur ki, bu forma indiyədək hərracda satılan Maradonaya məxsus klub formaları arasında ən baha qiymətə satılan nümunə olub.

Xatırladaq ki, Dieqo Maradona 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. O, karyerası ərzində “Barselona” ilə yanaşı “Napol”,, “Sevilya”, “Boka Xuniors”, “Nyuelz Old Boyz” və “Argentinos Xuniors” klublarında da çıxış edib.

Maradonanın cırılmış forması rekord məbləğə satıldı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO