
- A-
- A
- A+
Nijni Novqorod vilayətinə PUA hücumu - Əhali işıqsız qaldı
Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo rayonunda pilotsuz uçuş aparatları ilə həyata keçirilən kütləvi hücum nəticəsində sənaye müəssisəsinə ciddi ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Qleb Nikitin məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı 100-dən çox dron məhv edilib. İlkin məlumata əsasən, xəsarət alan olmayıb. Mülki infrastruktura və əmlaka dəymiş ziyanın qiymətləndirilməsi davam edir.
Qubernator bildirib ki, nəticələrin aradan qaldırılması üçün zəruri qüvvə və vasitələr cəlb olunub.
Nikitin elektrik enerjisinin müvəqqəti kəsilə biləcəyini, həmçinin yaşayış evlərini təmin edən kommunal şəbəkələrin bəzi hissələrində isti su və istilik təchizatının parametrlərinin aşağı düşə biləcəyini də qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































