“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO

“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO

Hazırda oxunan: “Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO
584024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kristal" şirkəti ilə İtaliyanın qabaqcıl elektrik avadanlıqları istehsalçısı olan GEWISS arasında əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb. Sənəd şirkətlər arasında mövcud tərəfdaşlığın davamı və növbəti mərhələsi kimi qiymətləndirilir.

“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO - foto 1

Görüş zamanı tərəflər arasında alış-veriş həcminin artırılması və tətbiq sahələrinin genişləndirilməsi ilə bağlı razılıq əldə edilib. Razılaşma xüsusilə hazırda tikintisi davam edən layihələrin daxili tamamlama mərhələlərini, yəni mənzillərdə və ümumi sahələrdə aparılan işləri əhatə edir.

“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO - foto 2

Memorandumu GEWISS şirkətinin Yüksək Artım Potensiallı Regionlar Klasteri üzrə Baş Meneceri Guido Bonacina, "Kristal"dan isə şirkətin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev imzalayıb.

GEWISS brendi elektrik avadanlıqları sahəsində Avropanın aparıcı və ən etibarlı istehsalçılarından biri kimi tanınır. Şirkət yüksək keyfiyyətli və uzunömürlü məhsulları ilə seçilir, həm təhlükəsizlik, həm də funksionallıq baxımından beynəlxalq standartlara tam cavab verir.

GEWISS-in elektrik açarları və digər aksesuarları isə müasir interyerlərə uyğun innovativ dizaynı, davamlılığı və texniki üstünlükləri ilə tikinti sektorunda xüsusi yer tutur. Bütün bu xüsusiyyətlər GEWISS-i dünya üzrə tikinti layihələrində üstünlük verilən top brendə çevirir.

“Kristal” İtaliya brendi GEWISS ilə əməkdaşlığı gücləndirir: memorandum imzalandı! - FOTO - foto 3

Əməkdaşlıq çərçivəsində “Kristal”ın “City Garden Narimanov”, “Park Yasamal”, “Highland Residence”, “Biləcəri”, “Sahil Park” layihələrində GEWISS istehsalı olan elektrik açarları və digər elektrik aksesuarlarının tədarükü nəzərdə tutulur.

Bu məhsullar yaşayış komplekslərində elektrik təchizatı, işıqlandırma və idarəetmə sistemlərinin quraşdırılması prosesində istifadə olunur.

“Kristal” və GEWISS bundan sonra da uzunmüddətli əməkdaşlığın daha geniş miqyasda davam etdirilməsini planlaşdırır.

Ətraflı: *1544

kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO