Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ

Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ

Hazırda oxunan: Cərimə ödənişləri zamanı komissiya haqqı TUTULUR - RƏSMİ
582123
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 1-dən etibarən bütün banklarda cərimə ödənişləri zamanı 40 qəpik komissiya haqqı tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə “Oxu.az”ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur:
 

"Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir.


Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO