Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi - FOTO

Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi - FOTO

Hazırda oxunan: Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi - FOTO
579693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.

65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.

Festival konsert proqramı ilə yekunlaşıb.
 

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.


2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir.

Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir.

Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.

Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi
Göyçayda ənənəvi

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO