Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb

Hazırda oxunan: Türkiyə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayıb
644272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Rusiya və Ukraynanın müraciəti olacağı təqdirdə münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik etməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə Türkiyədəki məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ankara tərəflərdən müvafiq müraciət daxil olarsa, danışıqlar prosesinə hər cür vasitəçilik dəstəyi göstərməyə hazırdır.

“Türkiyə danışıqlar prosesinə yardımın mümkün variantlarını nəzərdən keçirməyə hazırdır”, – mənbə qeyd edib.
 

O vurğulayıb ki, vasitəçiliyə ehtiyac olub-olmaması ilə bağlı yekun qərarı münaqişə tərəfləri verməlidir.


Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton, Moskva və Kiyev arasında üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini bildirib. Tramp həmçinin Rusiya və Ukraynanın sülhə nail olmaq istədiyini iddia edib.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO