Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama

Hazırda oxunan: Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
644283
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar gündəmə gəlib. Sosial şəbəkələrdə məsələ ilə bağlı çoxsaylı şərhlər və fərziyyələr yayılsa da, partiya rəhbərliyində sədrin istefası məsələsinin müzakirə olunmadığı bildirilib.

Bizim.Media xəbər verir ki, partiyanın aparat rəhbəri Rəşad Bayramov trend.az-a açıqlamasında bildirib ki, partiya fəaliyyətini sosial şəbəkələrdəki iddialar əsasında deyil, nizamnaməsinə uyğun həyata keçirir.
 

"Bu məsələ partiyada müzakirə predmeti deyil. Partiya öz fəaliyyətini sosial şəbəkələrdəki iddialarla yox, öz nizamnaməsi əsasında həyata keçirir. Odur ki, partiya sədrinin istefası hər hansı bir formada müzakirə predmeti deyil", - o qeyd edib.


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 23-də saat 00:10 radələrində Bakının Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri nəticəsində qətlə yetirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan bir qrup şəxs, o cümlədən AMİP sədri Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə həbs edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə bütün halların, saxlanılan şəxslərin hər birinin hadisədə iştirakının, həmçinin cinayətkar birliyin fəaliyyət istiqamətlərinin və əlaqələrinin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO