Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO

Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO

Hazırda oxunan: Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO
577672
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 28-də səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı rayonunun Badara kəndinə çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-nın yerli müxbirinə verilən məlumata görə, bu mərhələdə 62 nəfərdən ibarət 17 ailə Xocalının Badara kəndinə qayıdıb.

Sakinlərə mənzillərin açarlarını təqdimetmə mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.

Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görülür.

“Köçən bütün ailələrin məşğulluğu məsələsi diqqət mərkəzindədir. Bunun üçün müxtəlif istiqamətlərdə işlər planlı şəkildə həyata keçirilir”.

Xatırladaq ki, bundan əvvəlki mərhələdə Badara kəndinə 14 ailə (55 nəfər) köçürülmüşdü.

Beləliklə, bu kəndə qayıdan ailələrin sayı 31-ə, sakinlərin ümumi sayı isə 117-yə çatıb.

Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO - foto 1
Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO - foto 2
Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO - foto 3
Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO