Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO

Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO

Hazırda oxunan: Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO
576275
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Suraxanı rayonunun Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi–Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yollarının tikintisi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, yanaşma yollarının ümumi uzunluğu 1600 metr təşkil edir.
 

Hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.


Layihənin icrası nəticəsində Bahar və Dədə Qorqud qəsəbələrinin sakinləri üçün Zığ dairəsi–Hava Limanı yolu ilə birbaşa nəqliyyat bağlantısı təmin ediləcək.

Bununla yanaşı, hazırda Bahar və Dədə Qorqud qəsəbələrini birləşdirən mövcud yolun da təmiri işləri aparılır. Uzunluğu 790 metr olan bu yol üzrə köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri görülür.



Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO - foto 1
Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO - foto 2
Bakının iki qəsəbəsinin sakinlərinə ŞAD XƏBƏR – Yeni yol çəkilir – FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO