Zaqatalada baş verən qəzada yaralananların SON DURUMU

Zaqatalada baş verən qəzada yaralananların SON DURUMU

Hazırda oxunan: Zaqatalada baş verən qəzada yaralananların SON DURUMU
576203
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Zaqatala şəhər ərazisində iki avtomobil toqquşub, yaralananlar var.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  baş verən yol-nəqliyyat hadisəsi səbəbilə  6 nəfər (4 kişi, 2 qadın) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 5 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfər isə daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
 

Tibb müəssisəsinin Uşaq neyrocərrahiyyə şöbəsinə yerləşdirilən pasiyentə qapalı kəllə-beyin travması, sol təpə sümüyünün xətti sınığı, sol təpə payında travmatik subdural hematoma diaqnozları təyin edilib. 


Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO