Ceyhun Bayramov amerikalı diplomatla sərhəddə baş verənləri müzakirə etdi

Ceyhun Bayramov amerikalı diplomatla sərhəddə baş verənləri müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov amerikalı diplomatla sərhəddə baş verənləri müzakirə etdi
54890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Tərəflər regional təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyindən yeni açıqlama: Kəlbəcər istiqamətində vəziyyət gərgindir


​​​​​​​C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb.

Nazir Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyi və Kəlbəcər istiqamətində bir hərbi qulluqçumuzun şəhid olması haqqında qarşı tərəfə məlumat verib və bu təxribata görə məsuliyyətin bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO