Şəmkirdən qaçan gəlinin dayısı DANIŞDI – Qadını Şirvana aparan şəxs KİMDİR? – ÖZƏL TƏFƏRRÜAT 

Hazırda oxunan: Şəmkirdən qaçan gəlinin dayısı DANIŞDI – Qadını Şirvana aparan şəxs KİMDİR? – ÖZƏL TƏFƏRRÜAT 

54863

11 gün əvvəl Şəmkirdə itkin düşən və dünən hüquq mühafizə orqanları tərəfindən Şirvanda tapılan 24 yaşlı Gülbəsti Qurbanova hazırda atası evindədir. 

Bu barədə gəlinin dayısı Mahir Qurbanov Bizim.Media-ya açıqlamasında bildirib.

Dayının sözlərinə görə ata evinə təhvil verilən Gülbəsti hələki qorxu və həyəcan içindədir:

“Qadın olduğu üçün onunla üzbəüz heç nə danışmamışıq. Bacım da (Gülbəstinin anası) Bakıdadır. Qızın ər evindən getmə səbəbini bilmirəm. Təkcə onu bilirəm ki, nə qohumlarımız və yaxınlarımız varsa Şəmkirdədir. Şirvanda heç kimimiz yoxdur. Onun Şirvanda tapılması ilə bağlı heç nə deyə bilmərəm. Axşam bacımgilə getmişdim. Gülbəsti ilə üz-üzə görüşüb söhbət edə bilmədik. Qohum qadınlarımız onu danışdırırdı. Amma deyib ki, evdən çıxanda yalnız özünə məxsus qızılları götürüb və satıb.
 

Ər evindəki pulu götürməyib. Qeyd edib ki, qaynı sürücülük vəsiqəsi almaq üçün pul yığırmış. Amma ona əl dəyməyib. Bilmirəm bəlkə qorxudan elə deyir. Konkret heç nə deyə bilmərəm”.


Mahir Qurbanovun sözlərinə görə özü də illərdir ki, Şəmkirin Mahmudlu kəndində yaşayır və bacısı qızının gəlin köçdüyü ailəni az da olsa tanıyır:

“Həyat yoldaşı ilə tam olaraq münasibətlərinin nə yerdə olduğunu deyə bilmərəm. Normal ailədirlər. Sadəcə həyat yoldaşı gəlin tapılandan sonra onu daha saxlamayacağını bildirdi. İstənilən halda ailə məsələsidir, özləri bilər. Gülbəstinin bu gün də izahatı alınacaq. Yəqin evdən getmə səbəbini açıqlayar”.
 

Musayevlər ailəsinə 2 il əvvəl gəlin köçən Gülbəstinin 31 dekabrda, yəni bayram axşamında ər evindən getmə səbəbini araşdırarkən, yeni detallar ortaya çıxdı.


Adının çəkilməsini istəməyən qonşuların dediyinə görə sən demə Musayevlərin gəlini əslən Şirvandan olan bir nəfərə qoşulara həmin rayona qaçıb. Gəlini başqa rayona aparan şəxs Gülbəsti üçün ev kirayələyib və elə qızıllarını da özü satıb.

Xatırladaq ki, 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova sonuncu dəfə dekabrın 31-i ər evindən çıxıb və geri qayıtmayıb.

Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən gedən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını, eləcə də evdə qaynına məxsus pulu aparıb. Həmin gündən sonra ondan xəbər çıxmayıb. Qayınana həmçinin iddia edib ki, onların ailəsində heç bir problem olmayıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO