Oksana Şəhriyarla evliliyini niyə gizlədib? – Özü açıqladı

Hazırda oxunan: Oksana Şəhriyarla evliliyini niyə gizlədib? – Özü açıqladı

48064

Aktrisa Oksana Rəsulova aparıcı-aktyor Şəhriyar Əbilovla evliliyini gizlətmə səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə Ş.Əbilovla “Bu ana kimi” proqramında qonaq olarkən danışıb. 

Rəsulova bildirib ki, şəxsi həyatı hər zaman gündəmdə olub və bu səbəbdən xoşbəxt şəkildə həyat yaşamayıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Canlı efirdə ŞOK ETİRAF: Şəhriyarla Oksana evli imiş - VİDEO


“Osman dünyaya gələndən onu heç yerdə göstərməmişdim. Çünki 16 ildir ki, övlad həsrətində yaşayan biri idim. Müalicələr və mücadilələrdən keçmişəm. Bu müddət ərzində həyatımda baş verən hər şeyi hamı bilib, lakin xoşbəxt olmamışam.

Bədbəxt də deyildim. Ən azından həyatda olmuşam, bunun özü də bir xoşbəxtlikdir. Amma sevgi və ailə baxımından özümü heç vaxt tam qadın kimi hiss etməmişdim. İstəmədim şəxsi həyatımla yenidən gündəmə gəlim və müzakirələrə səbəb olum”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO