Çinin bayrağı Ayda dalğalandı

Çinin bayrağı Ayda dalğalandı

Hazırda oxunan: Çinin bayrağı Ayda dalğalandı
4378
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin "Chang'e 5" missiyası çərçivəsində Ayın səthinə ilk dəfə  ölkənin milli bayrağı sancılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb.

"İlk dəfədir ki, Çin fabrikdə istehsal olunan milli bayrağı Ayda nümayiş etdirir", - deyə kanalın açıqlamasında qeyd olunub.

Kanal əvvəlki Chang'e 3 və Chang'e 4 missiyaları zamanı milli bayrağın "kosmik gəminin örtüyü kimi təqdim olunduğunu" xatırladıb.

1 dekabrda aya yumşaq eniş edən "Chang'e 5" missiyasını tamamlayaraq 3 dekabrda Ay səthindən ayrılıb.

Qeyd edək ki, Çindən əvvəl  ABŞ və SSRİ Aya bayrağını sancıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO