
- A-
- A
- A+
Region
21:57 / 24.10.2021
Saakaşvilinin tərəfdarları yenə mitinq keçirir - FOTO
Hazırda oxunan: Saakaşvilinin tərəfdarları yenə mitinq keçirir - FOTO
43051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gürcüstanda sabiq prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında onun tərəfdarlarının mitinqi keçirilir.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Sputnik Georgia” nəşri yayıb.
Mənbə yazır ki, onlar eks-prezidentin mülki klinikaya köçürülməsini tələb edirlər.
Bundan əvvəl siyasətçi aclıq aksiyasına başlayıb və həbsxana xəstəxanasına yerləşdirilməkdən imtina edib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Gürcüstanda ona qarşı bir neçə cinayət işi başlanıb. Onlardan ikisi üzrə artıq qiyabi hökmlər çıxarılıb.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































