Teatrlar nə vaxt açılacaq? – NAZİRLİKDƏN AÇIQLAMA 

Hazırda oxunan: Teatrlar nə vaxt açılacaq? – NAZİRLİKDƏN AÇIQLAMA 

33917

“Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu sosial şəbəkədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə teatrların nə vaxt açılacağı ilə bağlı suallara cavabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

"Teatrlar açıla bilər" - Nazir 


O qeyd edib ki, nazirlik tərəfindən bu məsələ ilə bağlı müraciət Operativ Qərargaha ünvanlanıb:

“Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək.

Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO