İtkin düşən ər-arvad görün harda tapıldı? – TƏFƏRRÜAT

İtkin düşən ər-arvad görün harda tapıldı? – TƏFƏRRÜAT

Hazırda oxunan: İtkin düşən ər-arvad görün harda tapıldı? – TƏFƏRRÜAT

33507

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Əməliyyat şəraiti qiymətləndirilərkən paytaxt sakinləri olan həmin iki nəfərin (ər-arvad) yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunub. Onlar ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO