Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansan" - VİDEO

Hazırda oxunan: Azərbaycanlı pilotun cəsarəti türkləri heyrətə gətirdi: "Aslansan" - VİDEO

30864

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdiyi fədakarlıq qardaş ölkənin mediasının da diqqətindədir.

Bizim.Media xəbər verir ki, sosial mediada yayılan görüntülərdə Fövqəladə Hallar Nazirliyinə məxsus "Amfibiya" təyyarəsinin yanğınsöndürmə işlərində fəal iştirak etdiyi müşahidə olunur.

Pilotumuzun yerə yaxınlaşaraq, suyu alovun üzərinə dəqiq boşaltması türklərin alqışını qazanıb.

Qeyd edək ki, bəzi hallarda pilotlar yanğına bu qədər yaxınlaşmağa cəsarət etmirlər. Onlar təhlükə ilə üzləşməmək üçün suyu alovun üzərinə yuxarı məsafədə boşaldırlar ki, bu da səmərəli nəticə vermir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO