Meksikadakı səfirimiz "ABC" radiosunda - Okeanın o tayından SİYASİ MESAJ - FOTO

Hazırda oxunan: Meksikadakı səfirimiz "ABC" radiosunda - Okeanın o tayından SİYASİ MESAJ - FOTO

30782

İşğaldan azad olunmuş ərazilərimizə səfər etmiş və buradakı erməni vandalizminin canlı şahidi olmuş meksikalı jurnalist Federiko Lamontun Gəncə şəhərində olarkən ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovla müsahibəsi Meksikanın nüfuzlu “ABC” radiosunda efirə gedib.

Bizim.Media xəbər verir ki, müsahibədə ilk olaraq, Azərbaycanın ikinci ən böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncə əhalisinin 44 günlük Vətən müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən ballistik raket hücumlarına məruz qaldığı, bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla onlarla mülki insanın həlak olduğu, 100-ə qədər vətəndaşımızın yaralandığı barədə məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Meksika mətbuatı Qarabağda aparılan minatəmizləmə işlərindən yazdı


Şuşanın Azərbaycan üçün coğrafi-siyasi və tarixi-mədəni əhəmiyyəti haqda danışan səfir, şəhərin işğaldan azad edilməsinin Azərbaycan üçün müstəsna rəmzi önəm daşıdığını söyləyib.

Sonda beynəlxalq ictimaiyyətin Azərbaycanın regionda davamlı sülhün əldə olunması və bölgənin bərpası istiqamətindəki səylərini dəstəkləməli, Ermənistanınsa qonşularına qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və öz xalqını sülhə hazırlamalı olduğu vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO