III MDB Oyunlarında avtobuslarla 19 minə yaxın idmançı və nümayəndə heyəti DAŞINIB

III MDB Oyunlarında avtobuslarla 19 minə yaxın idmançı və nümayəndə heyəti DAŞINIB

Hazırda oxunan: III MDB Oyunlarında avtobuslarla 19 minə yaxın idmançı və nümayəndə heyəti DAŞINIB
274458
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

III MDB Oyunlarında çıxış edən idmançıların və nümayəndə heyətlərinin rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətləri ilə təmin edilməsi davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından Oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir.

Hava limanı daşımaları üçün 40 avtobus cəlb edilib.

24 sentyabr – 6 oktyabr tarixlərində 159 reys həyata keçirilib, 2000-dən çox idmançı və nümayəndə heyəti üzvünün aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin olunub.

Yarışları bitirən 550-dən çox idmançı və nümayəndə heyəti üzvünün isə hava limanlarına geri daşınması həyata keçirilib.
 

Həmçinin tədbirlərin keçirildiyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 avtobus ayrılıb. İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 3850 reys həyata keçirilib, 16 min 400 idmançı və nümayəndə heyətinin üzvü tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.


Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO